Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

20 İyun 2019 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın "Dostluq" medalına layiq görülüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.

Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Bolqarıstan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunur.