Maduro artıq təhlükəsizlikdə deyil

Maduro artıq təhlükəsizlikdə deyil

19 İyun 2019 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela Prezidenti Nikolas Maduro artıq özünü təhlükəsizlikdə hiss etmir.

Bunu Kolumbiya Prezidenti İvan Duke deyib. Onun sözlərinə görə, Venesuela prezidenti ordunun onun əleyhinə qarşı çıxmaması üçün ölkədə yaranan böhrandan çıxış əldə etməyə cəhd edir:

"Maduro əmindir ki, tezliklə, ondan vəzifəsini tərk etməsini istəyəcəklər. Venesuela liderinin ailəsi və ətrafı mümkün hakimiyyət dəyişikliyinə qarşı sığınacaq axtarırdılar, lakin indi onlar dünyada onlar üçün təhlükəsizlik yerin olmasına şübhə edirlər" – deyə o bildirib.Axar.az