
Yəməndə səsləri çadralılar hesablayırlar
Yaxın Şərqdə "Bahar inqilabları" gözlənildiyi kimi iqtidara radikal dindar qüvvələri gətirdi. Yəmən də istisna deyil. Bu ölkədə 21 fevral günü keçirilən prezident seçkilərində bir daha bunun şahidi olduq. Belə ki, MSK-nın qadın üzvləri qara çadraya bürünmüşdülər, təkcə gözləri görünürdü.
Xatırladaq ki, dünənki seçkilərdə yeganə namizəd olan vitse-prezident Abdrabux Mansur Hadiyə səs verilirdi. 33 illik diktator Ali Abdulla Saleh inqilab zamanı istefa verdikdən sonra onun vəzifəsi boş qalmışdı.
Prezidentliyə yeni və yeganə namizəd isə yaxın 2 il ərzində ölkədə kasıblığı aradan qaldıracağına söz verib.
Yəmən seçkilərindən göründüyü kimi, Şərq ölkələrində inqilablar demokratiyanı deyil, yeni diktatorları yetişdirir...
Murad Şahməmmədov
O.M.