ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir –İrana görə

ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir –İrana görə

18 İyun 2019 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar, Vaşinqtonun fikrincə, İrandan gözlənilən təhlükəyə cavab olaraq Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır.

Bu barədə bazar ertəsi ABŞ administrasiyasındakı mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, qoşunların regiona göndərilməsi Oman körfəzində iki tankerə edilən hücumla bağlıdır. Amerika tərəfinin iddiasına görə, tankerlərə hücumu İran təşkil edib.

Qoşunların göndərilmə tarixi və sayı məlum deyil.