
Son anti-terror əməliyyatı ilə əlaqədar İran Azərbaycana nota verdi
İranın "Fars" agentliyinin yaydığı məlumata görə, İran Azərbaycana etiraz notası göndərib. Rəsmi Bakıya təqdim olunan notada iranlı jurnalistlərin saxlanması faktının beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir. Qeyd edək ki, İran kütləvi informasiya vasitələri "Fars" informasiya agentliyinin və İran televiziyasının "Səhər" kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanılan şəxslərdən Anar Bayramlının "Səhər" kanalının müxbiri, Ramil Dadaşovun isə "Səhər" kanalının sürücüsü olduğu bildirilir.
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov isə İran televiziyasının Anar Bayramlı adında əməkdaşının
Xarici İşlər Nazirliyində akkreditasiya olunmadığını bildirib.
Xatırladaq ki, A.Bayramlı Binəqədi Rayon Polis İdarəsi
4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən onun üzərindən
narkotik vasitə aşkar edilərək götürülüb.
O.M.