Poroşenko hərəkətə keçir: Pro-rusların revanşı...

Poroşenko hərəkətə keçir: Pro-rusların revanşı...

10 İyun 2019 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ali Radaya keçiriləcək qarşıdakı seçkilərdə "Avropa Həmrəyliyi" partiyasının növbəti əsas hədəfi Rusiya ilə əlaqələri daha çox kəsməkdir.

Bu sözləri Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

O bildirib ki, Ukrayna dövlətinin bünövrəsini qorumaq və pro-rus qüvvələrinin revanşının qarşısını almaq üçün partiya seçkilərə gedir:

"Biz seçkilərə ona görə gedirik ki, heç kim yenidən Ukraynanı geriyə, Rusiyaya istiqamətləndirməsin, NATO və Avropa İttifaqı yolunda yarıda qoymasın!"(axar.az)