Putini Normandiya Hərəkatının 75-ci ildönümü mərasiminə dəvət etmədilər

Putini Normandiya Hərəkatının 75-ci ildönümü mərasiminə dəvət etmədilər

7 İyun 2019 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Normandiya Hərəkatının 75-ci ildönümü mərasimində Almaniya təmsil edildiyi halda Rusiya dəvət edilməyib.

Rusiya Prezidenti Vladimir Putin mərasimə dəvət edilməməsi ilə bağlı suala qısa cavab verib.

Putin İngiltərədə keçirilən tədbirə dəvət edilməməsinə "Problem yoxdur, Rusiyada kifayət qədər çox işim vardı" cavabını verib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində əks cəbhədə yer alan Almaniya mərasimdə iştirak etdiyi halda, Rusiya dövlət başçısı Vladimir Putin çağırılmayıb. Lakin 2014-cü ildə Normandiya Hərəkatının 70-ci ildönümünə dəvət edilmişdi.

Dünən İngiltərədki mərasimə Almaniya Kansleri Angela Merkel də qatılmış, Britaniya Kraliçası Elizabet Dünya Müharibəsində iştirak edən müttəfiq dövlətlərin liderləri ilə görüşmüşdü. Teleqraf