
Novosibirskdə Putinin qarşısını kəsmək istəyən piketçilər tutuldu
Bu gün səhər saatlarında Rusiyanın Novosibirsk şəhərinin mərkəzində piket keçirməyə cəhd göstərən iki nəfər tutulub. "Интерфакс-Сибирь"-in şəhər polisinə istinadən yaydığı xəbərə görə, tutulanlardan biri 4 fevral mitinqinin təşkilatçısıdır. Piketçilər bu dəfə Vladimir Putinin kortejinin qarşısını kəsməyə çalışıblar. Hazırda hər iki müxalifətçi şəhərin 1 saylı polis bölməsinə aparılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə iş açılıb. Piketçilər 1 min rubl (təxminən 33 manat) cərimə ödədikdən sonra sərbəst buraxılacaqlar.
O.M.
Digər xəbərlər