Ukrayna göyərtəsinə azərbaycanlının olduğu gəmi ilə əlaqədar Mirsirə nota verib
Ukraynanın Misirdəki səfirliyi Misir Xarici İşlər Nazirliyinə nota təqdim edib.
Buna səbəb mayın 18-də göyərtəsində 17 Ukryna vətəndaşı, 1 Azərbaycan, 11 Filippin, Şri-Lanka və Hindistan, o cümlədən Krımdan olan 2 dənizçinin olduğu "Sea Shark" tankerinin Misir hərbi donanması tərəfindən saxlanılmasıdır.
Qeyd edək ki, mayın 18-də "Sea Shark" tankeri Misir donanması tərəfindən saxlanılıb. Gəminin heyət üzvləri faktiki girov götürülüb. Hərbçilər gəmiyə yükün qanunsuz yükləndiyini iddia edirlər. 11 milyon barel neftin yükləndiyi tanker hazırda Misirin Ayn-Soxna kurort rayonunda limanındadır.
Digər xəbərlər