S-400-lərin Türkiyəyə çatdırılma vaxtı müzakirə edilir

S-400-lərin Türkiyəyə çatdırılma vaxtı müzakirə edilir

29 Mart 2019 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alqı-satqısı barədə müqavilə qüvvədədir.

Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. O deyib ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması müddəti ilə bağlı iki ölkə arasında danışıqlar davam edir: "S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı danışıqlar davam edir və iki ölkə arasında imzalanan müvafiq anlaşma qüvvədədir".

Çavuşoğlu həmçinin qeyd edib ki, iki ölkə arasında əldə edilən razılığa əsasən Türkiyə S-400-ləri heç bir xarici ölkəyə satmayacaq və ondan yalnız öz müdafiə qabiliyyətini artırmaq üçün istifadə edəcək.