Avropa İttifaqı Colanı İsrail ərazisi kimi tanımayacaq

Avropa İttifaqı Colanı İsrail ərazisi kimi tanımayacaq

27 Mart 2019 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı Colan təpələrini İsrail ərazisi kimi tanımaq niyyətində deyil.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Federika Mogerini deyib: "Avropa İttifaqının Colan təpələrinə münasibətdə mövqeyi dəyişməyib. Biz İsrail tərəfindən işğal edilən Colan təpələrinin Suriya ərazisi olması barədə BMT TŞ tərəfindən qəbul edilən 242 və 297 saylı qətnamələrə sadiqik".

Qeyd edək ki, bir neçə gün öncə Avropa Şurasının sədri Donald Tusk da bildirib ki, Avropa İttifaqı heç vaxt Colan təpələrini Suriya ərazisi kimi tanımayacaq