
Azərbaycanlı jurnalistlər Xocalı soyqırımını tanımayan İran səfirinə etiraz etdilər
Bu gün Moskvada İran İslam Respublikasının Rusiyadakı fövqəladə və
səlahiyyətli səfiri Mahmud Reza Səcədi "Ria Novosti" agentliyində keçirdiyi
mətbuat konfransında "Mənim Xocalı soyqırımı haqqında məlumatım yoxdur" deyib.
Buna etiraz edən Azərbaycan media nümayəndələri - "Lider" telekanalından Anar
Həsənov, "İnteraz" teleşirkətindən Roman Ağayev və APA informasiya
agentliyindən Fərid Əkbərov mətbuat konfransını tərk ediblər.
Qeyd edək ki, Pakistan İslam Respublikası və Meksika
Xocalı soyqırımını tanıyıb, "İran bu soyqırımı tanımağa hazırlaşırmı" sualına
iranlı diplomat cavabında bu sualın onun üçün yeni olduğunu söyləyib: "Mənim
bundan xəbərim yoxdur. Xocalı soyqırımı haqqında məlumatla tanış deyiləm. Ona görə
də, sizin bu sualınızı cavablandıra bilmərəm".
O.M.