ABŞ prezidentliyinə namizəd qondarma erməni soyqırımı və “DQR”i tanımağa çağırdı
ABŞ Konqresinin Havay ştatından üzvü və Demokrat partiyasından prezidentliyə namizəd Tulsi Qabbard qondarma erməni soyqırımını tanıyacağını, habelə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində qurulan oyuncaq "DQR"-in "təhlükəsizliyinə" dəstək verəcəyini açıqlayıb.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Tulsi Qabbard videomüraciətində 2017-ci ildə Ermənistanı və Dağlıq Qarabağı ziyarət etdiyi üçün verilən imkanlara görə təşəkkür edib. O, "erməni xalqının üzləşdiyi təhlükələrin" fərqində olduğunu söyləyib.
Ermənipərəst konqresmen ABŞ-ın Minsk qrupundakı faəliyyətini daha da gücləndirəcəyini və atəşkəsi pozan tərəfin hərəkətlərinə göz yummayacağını (burda tərəf kimi Azərbaycan nəzərdə tutulub-red.) bildirib.
Digər xəbərlər































































































