Gürcüstanda NATO-Georgia 2019 hərbi təlimləri keçirilir
Bu gün Gürcüstanda NATO-Georgia 2019 çoxmillətli komanda-qərargah hərbi təlimləri başlayıb.
Mediainfo.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, komanda-qərargah hərbi təlimlərində NATO üzvü olan 24 ölkədən 350 hərbi qulluqçu iştirak edir. Bu, Gürcüstan tarixində NATO səviyyəsində keçirilən ikinci belə bir böyük hərbi təlimlərdir. Belə ki, ilk belə çoxmillətli komanda-qərargah hərbi təlimləri Gürcüstanda 2016-cı ildə keçirilmişdi. O vaxt belə hərbi təlimlərdə NATO üzvü olan 14 ölkə iştirak etmişdi. Hərbi təlimlərdən məqsəd Gürcüstanla NATO arasında qarşılıqlı hərbi əlaqələrin daha da artırılmasıdır. Martın 25-də hərbi təlimləri NATO Baş katibi Yens Stoltenberq də izləyəcək. Hərbi təlimlər mart ayının 29-da başa çatacaq































































































