Rusiya və Yaponiya sülh danışıqlarının mahiyyətini gizli saxlayacaqlar
Rusiya və Yaponiya Kuril adaları ilə bağlı aparılan danışıqların gizli saxlanılması barədə razılığa gəliblər.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, tərəflər danışıqların mahiyyətinin gizli saxlanılmasının səbəbini məsələnin həllində ortaya əlavə problemlər çxartmamaq niyyəti ilə izah ediblər. Öz növbəsində Yaponiyanın Xarici işlər naziri Tapo Kono parlamentin büdcə komissiyasının iclasındakı çıxışında: "Bizim ölkələrimiz hazırda sülh danışıqlarını davam etdirirlər. Biz tezliklə sülh əldə edilməsinə nail olmaq istəyirik. Ona görə də qərara alınıb ki, sülh danışıqlarının detallları barədə hər hansı açıqlanma verilməsin",-deyib.
Digər xəbərlər














.jpg)















































































