Mənzildə köməksiz vəziyyətdə qalan xilas edilib

Mənzildə köməksiz vəziyyətdə qalan xilas edilib

18 Mart 2019 08:24
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.