Xocalı qatili Koçaryan həbsdən azad edilmədi
Ermənistan Xüsusi Dövlət Məhkəməsi Xocalıda və Qarabağda əli yüzlərlə günahsız insanın qanına batan eks prezident Robert Koçaryanın həbs müddətini daha 2 ay uzadıb.
Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Koçaryan 2008-ci ildə ölkədə çevriliş etmək və külli miqdarda rüşvət almaqda günahlandırılır. Bununla bağlı jurnalistlərə verdiyi açıqlamasında Koçaryanın vəkili Aram Orbelyan: "Biz girov müqabilində Koçaryanın azad edilməsini istəyirdik. Lakin məhkəmə bizim tələbimizi qəbul etmədi. Ona görə də bu dəfə Apelyasiya məhkəməsinə şikayət edəcəyik",-deyib
Digər xəbərlər






























































































