Qonşu dövlətlərdən 10 milyon əhali Rusiyaya köçürüləcək

Qonşu dövlətlərdən 10 milyon əhali Rusiyaya köçürüləcək

14 Mart 2019 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Kreml yaxın 6 ildə qonşu ölkələrdən 10 milyon əhalinin Rusiyaya köçürülməsi barədə plan hazırlayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Kommersant" qəzetinə Kremldəki etibarlı mənbədən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Kremldə 2019-2025-ci illər üçün yeni Dövlət miqrasiya konsepsiyası hazırlanıb. Konsepsiyaya əsasən qonşu ölkələrdən, o cümlədən Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova və digər dövlətlərdən 10 milyon rusdilli əhalinin Rusiyaya köçürülməsi planlaşdırılıb. Rusiya bu yolla ölkə əhalisinin sayını artırmaq niyyətindədir.