Avropa İttifaqı Breksitin təxirə salınması imkanlarını öyrənir
Avropa İttifaqı Böyük Britaniyanın qurumu tərk etməsiinin müyyən müddətə təxirə salınması yollarını nəzərdən keçirir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə DPA agentliyinə açıqlamasında büdcə məsələləri üzrə avrokomissar Günter Ettinger deyib: "Biz hazırda Böyük Britaniyanın ittifaqımızı tərk etməsinin təxirə salınması ilə bağlı müxtəlif variantları nəzərdən keçiririk. Ona görə də qarşı tərəfin məsələ ilə bağlı atacağı addımları gözləyirik. Breksitlə bağlı Britaniya parlamentində qəbul edilən qərara gəlincə, bu istənilən ölkədə baş verə biləcək adi hadisədir".
Qeyd edək ki, sabah Breksitlə bağlı məsələ Böyük Britaniya İcmalar Palatasında müzakirəyə çıxarılacaq. Əgər onlar da Breksiti dəstəkləməsələr, onda bu məsələnin təxirə salınması gündəmə gətiriləcək.






























































































