Ukrayna sərhədçiləri Saakaşvilini ölkəyə buraxmayacaqlar

Ukrayna sərhədçiləri Saakaşvilini ölkəyə buraxmayacaqlar

13 Mart 2019 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna sərhdçiləri Gürcüstanın eks prezidenti Mixail Saakaşvilini ölkəyə buraxmayacaqlar.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Oleq Slobodyan deyib: "Saakaşvili Ukrayna vətəndaşı deyil və onun 2021-ci ilə kimi ölkəmizə girtişinə qadağa qoyulub".

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna telekanallarından birinə müsahibə verən Saakaşvili deyib ki, aprelin 1-də Borispola gələcək. O bu məqsədlə aldığı elektron bileti də telekanalda nümayiş etdirib: "Mən əminəm ki, martın 31-də Poroşenko seçkiləri uduzacaq və bundan istifadə edib Ukraynaya dönə biləcəyəm".