ABŞ qoşunları Əfqanıstanı tərk edəcək
Dohada keçirilən və 6 gün davam edən ABŞ-Taliban görüşündə tərəflər bəzi məsələlərə münasibətdə ortaq məxrəcə gələ biliblər.
Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad "Twitter" səhifəsində qeyd edib. Onun yazdığına görə tərəflər müzakirə edilən 4 məsələ, o cümlədən atəşkəs, daxili dialoq, Talibanın digər terrorçu qruplaşmalarla əlaqələri dayandırması və ABŞ qoşunlarının bölgədən çıxarılması barədə razılığa gələ biliblər.
Digər xəbərlər
































































































