AP Rusiyanı strateji tərəfdaşlıqdan çıxardı
Avropa Parlamenti (AP) bundan sonra Rusiyaya strateji tərəfdaş kimi baxmır və onunla münasibətləri yaranmış siyasi vəziyyətə uyğun olaraq quracaq.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentində müzakirəyə çıxarılan "Avropa Parlamenti ilə Rusiya arasında siyası əlaqələr haqqında"kı məruzədə deyilir: "Avropa Parlamenti indiki vəziyyətdə Rusiyanı özünə strateji tərəfdaş hesab edə bilməz. Rusiya Avropa Parlamentinin artıq strateji tərəfdaşı deyil".
Məruzə müzakirələrdə çıxış edənlərin hamısı tərəfindən bəyənilib və yekdilliklə qəbul edilib.
Avropa Parlamenti həmçinin "Avropa Parlamenti ilə Rusiya arasında siyası əlaqələr haqqında"kı məruzəyə düzəlişi təsdiq edib. Düzəlişdə Rusiyanın Avropa Şurasından çıxmayacağınü ümid edildiyi də vurğulanıb.






























































































