ABŞ bütün əməkdaşlarını Venesueladan çıxarır

ABŞ bütün əməkdaşlarını Venesueladan çıxarır

12 Mart 2019 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ yaxın 4-5 gün ərzində Venesueladakı bütün əməkdaşlarını geri çağıracaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo Tvitter səhifəsində yazıb. O bunu Venesuelada vəziyyətin təhlükəli həddə gəlib çatması ilə izah edib: "Venesuelada vəziyyət get-gedə pisləşməkdə və təhlükəli həddə çatmaqdadır. Belə bir vəziyyətdə isə ABŞ bu həftənin sonuna kimi Karakasdakı səfirliyin bütün əməkdaşlarını oradan çıxaracaq".

Siyasi şərhçilərin əksəriyyəti belə hesab edir ki, ABŞ-ın Karakasdakı səfirliyini bağlaması Tramp administrasiyasının Venesuelaya birbaşa və ya dolayısı ilə müdaxiləyə hazırlaşdığını göstərir .