Tramp divar tikintisi üçün Konqresdən 8,6 milyard dollar istəyəcək
Tramp administrasiyası 2020-ci il üçün dövlət büdcəsindən Meksika-ABŞ sərhədində ayırıcı divar inşası üçün 8,6 milyard dollar ayrılmasını xahiş etmək niyyətindədir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Vaşinqton Post qəzeti Ağ Evdəki mənbəsinə istinadən yazıb. Mənbə bildirib ki, həftənin ilk iş günündə büdcə layihəsi açıqlanacaq. Büdcə layihəsində ABŞ-Meksika sərhədində divar inşası üçün Daxili işlər nazirliyinə 5, eyni məqsədlə müdafiə nazirliyinə isə 3,6 milyard dollar ayrılması nəzərdə tutulub. Qeyd edək ki, Trampın rəqibləri olan Demokratlar Partiyasının nümayəndələri sərhəddə yeni ayırıcı divarın inşasının əleyhinə çıxırlar və bunu insan hüquqlarının pozulması kimi dəyərləndirirlər.
Digər xəbərlər































































































