Azərbaycan ilə Gürcüstan regionda sülhün bərqərar olması üçün ciddi addımlar atır

Azərbaycan ilə Gürcüstan regionda sülhün bərqərar olması üçün ciddi addımlar atır

9 Mart 2019 18:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan ilə Gürcüstan regionda sülhün və təhlükəsizliyin bərqərar olması, ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifah halının yaxşılaşması üçün ciddi addımlar atır, irimiqyaslı layihələr həyata keçirirlər. Lakin Ermənistan və onun havadarları bizim dostluğumuza, əməkdaşlığımıza xələl gətirmək üçün çalışırlar. Bu, yolverilməzidir.

Bu sözləri gürcü politoloq, tarixçi alim Nika Çitadze "Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu" mövzusunda Tbilisidə keçirilən konfransda söyləyib.

Tarixçi alim deyib ki, Azərbaycanın və Gürcüstanın qeyri-hökumət təşkilatları, sağlam düşüncəli ziyalıları birləşməli, dostluğumuza xələl gətirmək istəyənlərə qarşı birgə mübarizə aparmalıdırlar.Azərtac