Ermənistanda 5 nazirlik ləğv edilib

Ermənistanda 5 nazirlik ləğv edilib

7 Mart 2019 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Nazirlər kabineti "Hökumətin strukturu" haqqında qanuna edilən dəyişiklik və əlavələri bəyənib.

Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, qanuna edilən dəyişiklik və əlavələr nəticəsində nazirliklərin sayı 17-dən 12-yə endirilib. Bundan əlavə hökumətdə ediləcək struktur dəyişiklikləri çərçivəsində Baş nazirin birinci müavini postunun da ixtisara düşməsi gözlənilir. Struktur dəyişiklikləri parlament tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minəcək.