Gürcüstan vətəndaşları Aİ-də siyasi sığınacaq ala bilməyəcəklər
Gürcüstan vətəndaşları 2017-ci ildən Şengen vizası əsasında Avropa İttifaqına (Aİ) üzv ölkələrdə müəyyən edilmiş qaydalar çərçivəsində sərbəst şəkildə yaşamaq və hərəkət etmək imkanlarına malikdirlər.
Mediainfo.az-ın apsny.ge-yə istinadən verdiyi xəbərə görə, bu barədə Əməkdaşlıq və mehriban qonşuluq siyasəti üzrə Avrokomissar Yohannes Xan Tbilisidə keçirilən brifinqdə deyib. O bununla belə bəzi Gürcüstan vətəndaşlarının müxtəlif vasitələrlə xarici ölkələrdə siyasi sığınacaq alma cəhdlərinin olduğuna da diqqəti cəlb edib. Yohannes Xan qeyd edib ki, bəzi Avropa ölkələri, o cümlədən İslandiya, Almaniya və İsveç Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişdən sui istifadə edərək siyasi sığınacaq alma cəhdlərindən narazıdırlar : "Mənə məlumat verdilər ki, viza rejiminin liberallaşdırılmasından sonra Aİ ölkələrinə yüz minlərlə Gürcüstan vətəndaşı səfər edib. Onların bir neçə min nəfəri getdikləri ölkələrdə siyasi sığınacaq almaq üçün cəhdlərə baş vurublar. Lakin bir daha bildirim ki, Gürcüstan Aİ tərəfindən təhlükəsiz ölkə elan edildiyi üçün onlara siyasi sığınacaq hüququ verilməyəcək".































































































