Hilllari Klinton prezidentliyə namizədliyini irəli sürməyəcək
ABŞ-ın keçmiş dövlət katibi xanım Hillari Klinton 2020-ci ildə keçiriləcək pezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Hillari Klinton Nevvs12 telekanalına verdiyi açıqlamasında deyib. O prezident seçkilərində iştirak etməsə də siyasətdən getməyəcəyini bildirib: "Mən növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyiləm, lakin bununla belə siyasi fəaliyyətimi davam etdirəcəyəm".
Xatıraladaq ki, xanım Hillari Klinton 2016-cı ildə keçirilən prezident seçkilərində iştirak etmişdi. O həmin seçkilərdə Donald Trampa məğlub olmuşdu
Digər xəbərlər































































































