Çin hərbi xərcləri artırmaqda davam edir

Çin hərbi xərcləri artırmaqda davam edir

4 Mart 2019 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin hərbi xərcləri artırması digər ölkələr üçün təhlükə deyil və bundan əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə 13-cü Çağırış Umumçin Xalq Nümayəndələri Palatasının 2-ci sessiyası ilə bağlı keçirilən mətbuat konfransında dövlət rəsmisi Çjan Yesuy deyib. O bildirib ki, Çinin müdafiə xərcləri ölkənin təhlükəsizlyinin təmini və ərazi bütövlüyünün qorunmasına lazım olan qədər artırılıb: "Ötən il də hərbi xərcləri artırmışdıq. Bu ildə ona uyğun şəkildə hərbi xərclərimizdə cüzi artım etmişik. Bizim hərbi xərclərimiz ümümdaxili məhsulumuzun1,3 faizini təşkil edir. Halbuki digər ölkələrdə hərbi xərclər ümumdaxili məhsulun 2 faizindən yuxarıdır".

Qeyd edək ki, 2017-ci ildə Çün hərbi xərcləri artıraraq1trilyon yuana (151.97 milyard dollar) çatdırıb. 2018-ci ildə isə Çin hərbi xərcləri 8,1 faiz artıraraq 1,11 trulyon yuana (175 milyard dollar) çatdırıb. 2019-cu ildə isə hərbi xərclərin hansı səviyyədə artımı ilə bağlı martın 5-də keçiriləcək Umumçin Xalq Nümayəndələri Palatasaının iclasında məlumat veriləcək.