Rusiyada Ukrayna casusu 10 il azadlıqdan məhrum edilib

Rusiyada Ukrayna casusu 10 il azadlıqdan məhrum edilib

28 Fevral 2019 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyaya məxsus Qara dəniz hərbi donanmasının hərbi qulluqçusu mayor D. Dolqopolovun və onun məşuqəsi A. Suxonosovanın üzərində keçirilən məhkəmə prosesi başa çatıb .

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şimali Qafqaz hərbi məhkəməsi tərəfindən D. Dolqopolvun və A.Suxonosovanın günahı tam şəkildə sübut edilib. Ukrayna xeyrinə casusluqda ittiham edilən hər iki şəxs günahlarını etiraf ediblər. Onlar istintaqa Kiyev xeyrinə casusluğa Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşı polkovnik Klimenko İqor İvanoviç tərəfindən cəlb edildiklərini bildiriblər. Məhkəmənin çıxardığı qərara əsasən D. Dolqopolov 10, A Suxonosova isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.