Pakistanla Hindistan arasında  qatar  əlaqələri kəsilib

Pakistanla Hindistan arasında qatar əlaqələri kəsilib

28 Fevral 2019 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan hökumət dairələri Hindistanla qatar əlaqələrinin kəsilməsi barədə qərar qəbul edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Doon qəzeti məlumat yayıb. Qəzet yazır ki, Pakistan Xarici İşlər nazirliyi iki ölkə arasında əmələ gələn gərginliyi nəzərə alaraq həftədə iki dəfə baş tutan sərnişin qatarlarının hərəkətini qeyri-müəyyən müddətə dayandırıb. Pakistan Xarici işlər nazirliyi bildirib ki, Lahor-Attari sərnişin qatarının fəaliyyəti yalnız bölgədə gərginlik aradan qalxdıqdan sonra bərpa ediləcək.