Pakistan-Hindistan sərhəddində gərginlik davam edir

Pakistan-Hindistan sərhəddində gərginlik davam edir

28 Fevral 2019 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Hindistan hərbi qüvvələri tərəfindən Pakistanın ərazisi güclü atəşə tutulub.

Mediainfo.az-ın TASS-a istinadən məlumatına görə, Pakistan silahlı qüvvələri də qarşı tərəfə atəşlə cavab veriblər. Asian Nevvs İnternational agentliyinin hadisə yerindən verdiyi məlumata görə, Pakistan ordusu mübahisəli ərazi hesab edilən Cammu və Kəşmir ştatındakı Hindistan ordusunun mövqelərinə cavab zərbələri endiriblər. Qarşılıqlı zərbələr nəticəsində hər iki tərəfin canlı qüvvəsi və texnikası məhv edilib.