Xəzər rayonunda yanğın baş verib

Xəzər rayonunda yanğın baş verib

28 Fevral 2019 08:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Xarxar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.