ABŞ heç vaxt Ukraynanı tək qoymayacaq

ABŞ heç vaxt Ukraynanı tək qoymayacaq

27 Fevral 2019 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatları qarşıdan gələn prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Ukraynanı heç vaxt tək qoymayacaq.

Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevdə keçirilən beynəlxalq forumda ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib. Kurt Volker: "ABŞ Ukraynaya dəstək verir, biz islahatlar üzrə tərəfdaşıq. Siz islahatları keçirməkdə davam edin, yolunuzu qəti müəyyənləşdirin. Biz isə seçkilərin nəticələrindən asılı olmayaraq həmişə sizin yanınızda olacağıq".

Kurt Volker eyni zamanda Ukrayna rəhbərliyinə seçkiləri şəffaf və ən yüksək səviyyədə keçirməyi tövsiyə edib.