Məhəmməd Buxari yenidən Nigeriyanın  prezidenti seçilib

Məhəmməd Buxari yenidən Nigeriyanın prezidenti seçilib

27 Fevral 2019 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Higeriyanının dövlət başçısı Məhəmməd Buxari ötən həftənin sonlarında keçirilən prezident seçkilərində yenidən səs çoxluğu ilə qalib gəlib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Reuters agentliyinin yaydığı məlumtada deyilir. Bununla əlaqədar Nigeriya Mərkəzi Seçki Komissiyasının sədri Mahmud Yaqubun verdiyi açıqlamada deyilir: "Məhəmməd Buxariyə əhalinin böyük hissəsi səs verib və o, qalib elan edilib"

Qeyd edək ki, ötən şənbə keçirilən prezident seçkilərində 70 nəfət namizəd prezident kürsüsü uğrunda mübarizə aparıb. Seçkilərdə Buxarinin əsas rəqibi keçmiş vitse-prezident Atika Əbubakar olub.