"Azərbaycanın kədəri həmişə ürəyimizdədir"

"Azərbaycanın kədəri həmişə ürəyimizdədir"

26 Fevral 2019 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsinin anım günündə Türkiyənin Azərbaycanın kədərinin öz kədəri olduğunu bildirib.

Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə xarici siyasət idarəsinin rəhbəri 27 il əvvəl Xocalıda erməni vəhşiləri tərəfindən qətlə yetirilən azərbaycanlı bacı və qardaşların xatirəsini hüznlə andıqlarını bildirib. Bununla əlaqədar Çavuşoğlu öz Tvitterində yazıb: "Bu ağır anlarda, Xocalı faciəsinin hüznlə qeyd edildiyi gün azərbaycanlı qardaşlarımızın yanındayıq. Azərbaycanın kədəri həmişə ürəyimizdədir. Bu kədər bizim də kədərimizdir".