Azərbaycanın dəqiq sərhədləri - I Pyotrun arxivi...

Azərbaycanın dəqiq sərhədləri - I Pyotrun arxivi...

26 Fevral 2019 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Tarixi İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov axar.az-a Azərbaycan ərazisinə dair faktların yer aldığı bir sıra rus mənbələrindən tarixi faktları təqdim edib.

Azərbaycan ərazilərinə dair faktlar Rusiya və Osmanlı imperiyaları arasındakı razılaşmalarda göstərilib.

Tarixi çıxarış...

İmperator I Pyotr, 12 iyun 1724-cü il:

"Osmanlı İmperiyası ilə rus səfir Neplyuyev və böyük vəzir İbrahim paşa arasında fransız səfiri Markiz de Bonakın vasitəçiliyi ilə fars məsələlərində qarşılıqlı razılığa dair traktat:

1. Xəzər sahilində Astrabada qədər alınmış vilayət və şəhərlər Rusiyada qalır.

2. Şirvan vilayəti və Şamaxı şəhəri Arazın Kürlə birləşiyi yerə qədər Osmanlı İmperiyasına aiddir. Burada üçtərəfli –rus, fars, türk sərhədi mövcud olacaq.

3. Ərdəbildən Təbrizə atla bir saat məsafədə Ərdəbil İranda qalır, Təbriz, Ardabad, Təbriz gölü, Mərənd, Marağa, Urmiya, Qum, Salmas, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və digər Azərbaycan bölgələri Osmanlı İmperiyasında qalır. Kirmanşah türklərlə farslar arasında sərhəd olur.

4. Traktatın bütün şərtləri yerinə yetirilənə qədər Şah Təhmasib tanınmır.

5. Müqavimət göstərəcəyi halda, ümumi razılıqla yeni şah seçilir və şahın yerinə gətirilir.

Qafqaz tarixçisi, Rusiya-İran müharibəsinin iştirakçısı Semen Mixayloviç Bronevski (1763-1830) yazır:

"Gürcüstana gedən yolun üzərindəki İrəvan xanlığı Ağa Məhəmməd xanın hakimiyyətinə təslim olub. General Qudoviç artıq ona Rusiya hakimiyyətinin tabeliyində olan çar İraklinin mülkiyyətinə toxunmaması barədə xəbərdarlıq edib. Ancaq bu yırtıcı Kartaliniyə hücum etdi, paytaxt Tiflisi aldı və hər şeyi qılıncdan keçirib, yandırdı. Daha sonra Gəncədən Rusiyanın himayəsində olan Şirvan və Dağıstan bölgəsi xanlarının tabe edilməsi üçün hücuma keçdi. Bütün Azərbaycanda onun hakimiyyətinə tabe olmayan yalnız Şuşa xanı İbrahim qaldı".

Hətta təqdim etdiyimiz materiallardan da bir daha aydın olur ki, Rusiya arxivlərində, Qafqazda Rusiya hakimiyyətinin başladığı vaxtlarda da Azərbaycanın ərazisi hazırkı Ermənistan, Gürcüstanın bir hissəsi, Dağıstan, İranın şimal vilayətləri və hazırkı Azərbaycan Respublikasını əhatə edib.