Venesuelada 156  nəfər polis və hərbçi Kolumbiyaya qaçıb

Venesuelada 156 nəfər polis və hərbçi Kolumbiyaya qaçıb

25 Fevral 2019 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelada prezident Nikolas Maduronun tərəfdarlarının sayı azalmaqda davam edir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, son iki gündə Maduronun əsas dayaqları hesab edilən güc nazirliklərinin 156 nəfər əməkdaşı ölkəni tərk edərək Kolumbiyaya qaçıb. Bununla bağlı jurnalist Qabriel Bastidas Tvitterində yazıb: "Kolumbiya miqrasiya idarəsindən aldığım məlumata görə, Daxili İşlər nazirliyi və müdafiə nazirliyinin 156 əməkdaşı Maduronu dəstəkləməkdən imtina edərək Kolumbiyaya qaçıb".

Xatırladaq ki, bundan əvvəl müxalifət lideri Quaydonun Venesueala güc nazirliklərinin bəzi əməkdaşları ilə gizli danışıqlar apardığı barədə mətbuatda məlumatlar yayılmışdı.