Mən müstəqil dövləti dəfn edə bilmərəm - Lukaşenko

Mən müstəqil dövləti dəfn edə bilmərəm - Lukaşenko

23 Fevral 2019 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Müstəqil dövlətin yaradılması belorusların əsas naliyyəti olub.

Axar.az xəbər verir ki, bunu Belarus Hərbi Akademiyasında çıxışı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Suverenlik və müstəqillik bizim bu gün sahib olduğumuz ən böyük naliyyətdir. Mən fəxr edirəm və şadam ki, bu suveren ölkənin birinci prezidentiyəm. Biz bu dövləti birgə yaratmışıq. Mən müstəqil dövləti dəfn edə bilmərəm. Siz onu Polşa və Rusiyanın tərkibinə daxil etməklə basdırardınız? Mənim keçə bilməyəcəyim dəqiq sərhədlər var" – deyə o bildirib.