Çin terrorçulara qarşı "mikrodalğalı silah" hazırlayıb

Çin terrorçulara qarşı "mikrodalğalı silah" hazırlayıb

22 Fevral 2019 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Aerokosmik Sənaye və Elm Korporasiyası nəzdindəki Pekin Radioölçmələr İnstitutu radiolokasiya stansiyalarındakı mikrodalğalar prinsipi əsasında yeni hərbi texnologiyanı sınaqdan çıxarıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Global Times qəzetinin yaydığı məlumatda deyilir. Yeni silah terrorizmə qarşı mübarizə məqsədi ilə yaradılıb. Silah hədəfi müəyyən edərək onun dərialtı əsəb sistemlərini iflic edir və onda xoşagəlməz hisslər əmələ gətirir. Silahı hazırlayanların bildirdiklərinə görə, onlar həm ayrı-ayrı terrorçuları zərərsizləşdirən, həm də bütöv qrupu iflic hala salan iki növ silah hazırlamağa nail olublar. "Mikrodalğalı silah" artıq konkret hədəflərin üzərində sınaqdan çıxarılıb və böyük effekt verib.