 
    
    Admiral Ceyms Foqqo: Arktika Rusiyanın ərazisi deyil
ABŞ Arktikanı Rusiyanın ərazisi kimi tanımır və oranı hamı üçün azad, açıq zona hesab edir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi dəniz qüvvələrinin Avropa və Afrikadakı komandanı admiral Ceyms Foqqo "Washington Examiner"-ə açıqlamasında deyib. Onun sözlərinə görə, Arktikada Rusiya və Çinin fəallaşması hiss edilir və Vaşinqton bu amilə biganə qala bilməz: "Rusiya Arktikanı öz ərazisi hesab edir və ABŞ bununla heç vaxt razılaşmayacaq. Arktika beynəlxalq ərazidir və oraya bütün dövlətlərin hüquqları var. Biz Arktikada Rusiyanın ağalıq etməsinə imkan verməyəcəyik".
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    

















































































