Ərdoğan Trampla danışdı: 75 milyardlıq hədəf...

Ərdoğan Trampla danışdı: 75 milyardlıq hədəf...

22 Fevral 2019 06:04
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Türkiyənin rəsmi dairələrindən verilən məlumata əsasən, liderlər ikitərəfli məsələlər və Suriyada baş verən son prosesləri müzakirə edib. Terrora qarşı mübarizədə birgə qəti mövqe nümayiş etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və ölkələr arasında olan ticarət həcmini 75 milyard dollara çatdırmaq barədə razılaşıblar(.axar.az)