Nazarbayev hökuməti istefaya göndərir

Nazarbayev hökuməti istefaya göndərir

21 Fevral 2019 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökuməti istefaya getməyə çağırıb.

Mediainfo.az-ın nur.kz-a istinadən verdiyi xəbərə görə, Nazarbayevin hökuməti istefaya çağırmasına səbəb onun fəaliyyətindən narazı qalması ilə əlaqədardır: "Mən prezident və Konstitusiyanın qarantı kimi xalqımızın maraqlarını nəzərə alaraq belə hesab edirəm ki, hökumət istefaya getməlidir".

Prezidentin sözlərinə görə, yeni hökumət xalqın maddi rifah halını yüksəltməli, iqtisadiyyatı inkişaf etdirməli və qarşıya qoyulan strateji vəzifələri yerinə yetirməlidir . Nazarbayev deyib ki, indiki hökumət əllərində olan imkanlardan yerlərdə təyinatı üzrə istifadə etmirlər və ona görə də onlar üzərində nəzarət gücləndiriləcək.