General Hulusi Akar ABŞ-a səfər edəcək

General Hulusi Akar ABŞ-a səfər edəcək

21 Fevral 2019 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Müdafiə naziri Hülusi Akar sabah ABŞ-a rəsmi səfərə gedəcək.

Mediainfo.az-ın Türkiyənin Günəş qəzetinə istinadən verdiyi xəbərə görə, səfərdə Akarı Türkiyə Baş qərargah rəisi Yasar Gülər müşayiət edəcək.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın NATO üzrə səlahiyyətli nümayəndəsi Key Beyli Hatçinson bildirmişdi ki, Vaşinqton Türkiyəni S-400 raketlərinin alınmasından imtina etməyə çağırır. Ona cavabında isə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, ölkəsi ABŞ-ın Patriot zenit-raket komplekslərini alma təklifini nəzərdən keçirir: "Ancaq biz Patriot-ların alınmasının əvəzində S-400-lərdən imtina etməyəcəyik".