Montananın  Kanadaya 1 trilyon dollara satılması təklif edilir

Montananın Kanadaya 1 trilyon dollara satılması təklif edilir

21 Fevral 2019 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da dövlət borcunu azaltmaq üçün Montana ştatının 1 trilyon dollara Kanadaya satılması təklif edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Nyu-York Tayms qəzetində gedən yazıda deyilir. Təklifin müəllifi Yana Hammond belə hesab edir ki, Montananın satılması ABŞ-ın dövlət borcunu azı 1 trilyon dollar yüngülləşdirə bilər. Bu məqsədlə hazırda imza toplama kampaniyası keçirilir. Montananın satılmasını nəzərdə tutulan petisiyanı qısa müddətdə 12 min nəfər imzalayıb. Bundan narahat olan ştatı idarə edənlər Montananın satılmasını qadağan edən qanun layihəsini hazırlamağa başlayıblar.