Netanyahuya qarşı yeni siyasi cəbhə yaradıldı

Netanyahuya qarşı yeni siyasi cəbhə yaradıldı

21 Fevral 2019 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Aprel ayında İsraildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərində hazırda ölkəni idarə edən Netanyahunun rəqibləri birləşmək barədə qərar qəbul ediblər.

Mediainfo.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, mərkəzçi Xosen le-İsrael və Eş Atid partiyaları qarşıdan gələn parlament seçkilərinə vahid blokda getmək barədə razılığa gəliblər. Seçkilərdə qalib gələcəkləri təqdirdə bu iki partiyanın liderləri, İsrail ordusunun keçmiş Baş qərargah rəisi Benni Hants və keçmiş maliyyə naziri Yair Lapid növbə ilə ölkəni idarə edəcəklər. Netanyahuya qarşı bloka həmçinin eks müdafiə naziri Moşe Yaalonun Telem Partiyası və daha bir keçmiş qərargah rəisi Qabi Aşkenazi də qoşulub. Siyası müşahidəçilərin fikrincə müxalifətdə olan blokun 9 apreldə keçiriləcək parlament seçkilərində qalib gəlmə imkanları var.