Netanyahu Rusiyaya  səfərini ləğv edib

Netanyahu Rusiyaya səfərini ləğv edib

20 Fevral 2019 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 21-də Rusiyanın paytaxtı Moskvaya gözlənilən səfərindən imtina edib.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, yerli mətbuat İsrailin baş nazirinin Moskvaya səfərinin təxirə salınmasının səbəbini ölkədəki siyasi durumla izah edirlər. Belə bir fikir vurğulanır ki, fevralın 21-də Netanyahu ölkədəki siyasi partiyaların liderləri ilə görüşəcək və bu amil də onun Moskva səfərini təxirə salınmasına gətirib çıxarıb. Bununla belə Netanyahunun Rusiyaya səfərini təxirə salmasına digər amillərin, o cümlədən Suriyadakı vəziyyət, İran və Rusiyanın bölgədə birgə fəaliyyətinin daha da genişləndirilməsinin ola biləcəyi də istisna edilmir.