Aegis Ashore raketləri Rusiya üçün təhlükə mənbəyi deyil

Aegis Ashore raketləri Rusiya üçün təhlükə mənbəyi deyil

20 Fevral 2019 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın vaxtlarda Yaponiyada yerləşdiriləcək ABŞ istehsalı olan "Aegis Ashore" zenit–raket kompleksləri Yaxın və Ortamənzilli Raketlərin Ləğv Edilməsi barədə anlaşmanın pozulması demək deyil.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu parlamentin büdcə komissiyasının iclasında Yaponiya Xarici işlər naziri Tapo Kono deyib. O qeyd edib ki, Yaponiya Yaxın və Ortamənzilli Raketlərin Ləğvi barədə anlaşmanı imzalamayıb və bununla bağlı hər hansı öhdəlik götürməyib.

Xatırladaq ki, bu ilin fevral ayının 8-də parlamentdə çıxışı zamanı Yaponiya Müdafiə naziri Takesı İvaya bildirmiıdi ki, ABŞ-dan alınacaq "Aegis Ashore" zenit-raket kompleksləri düşmənin ballistik raketlərinin məhvi üçün nəzərdə tutulub və ölkənin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir