Berni Sanders prezident seçkilərində iştirak edəcək

Berni Sanders prezident seçkilərində iştirak edəcək

19 Fevral 2019 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Senator-demokrat Berni Sanders 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Sanders VPR radiostansiyasına müsahibəsində deyib. O, prezident seçkilərində iştirak etməsinə səbəb kimi Donald Trampın hakimiyyətinə son qoymaq olduğunu deyib: "Tramp dünyanın ən yalan danışan prezidentidir. O ABŞ üçün biabırılıq deməkdir və mən onun adı gələndə ölkəmi təhqir olunmuş hesab edirəm".

Qeyd edək ki, Sanders 2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürmuş, ancaq partiya yoldaşı xanım Hillari Klintona uduzmuşdu.