ABŞ BƏƏ-yə 160 zenit-raket kompleksi satacaq

ABŞ BƏƏ-yə 160 zenit-raket kompleksi satacaq

19 Fevral 2019 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Patriot"-lar üçün 160 ədəd idarə olunan zenit-raket kompleksləri satacaq.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı ABŞ-la BƏƏ arasında 2 milyard dollar dəyərində anlaşma imzalanıb. Bu müstəvidə də 2020-ci ildə ABŞ-ın Raytheon kompaniyası tərəfindən BƏƏ-yə 100 ədəd PAC-3 (Patriot Advanced Capability - 3) və 60 ədəd GEM-T (Guided Enhanced Missile - Tactical) zenit-raket kompleksləri veriləcək.